Edqar Davids

Edqar Davids
nid. Edgar Davids
Ümumi məlumatlar
Doğum tarixi 13 mart 1973(1973-03-13)[1][2][…] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 168 sm[3]
Çəkisi 69 kq[3]
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts]  ( dinlə) ;13 mart 1973[1][2][…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur.

Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib.

Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub.

Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi.[4][5] Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb.[6][7]

2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır.

  1. 1 2 Edgar Davids // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Edgar Steven Davids // Enciclopèdia de l'esport català (kat.). Grup Enciclopèdia, 2012.
  3. 1 2 3 https://www.eurosport.com/football/edgar-davids_prs239/person.shtml.
  4. "Goggles are Davids' most glaring feature". Archived from the original on 2013-05-19. İstifadə tarixi: 2022-02-20.
  5. ""Dedicated followers of fashion"". 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  6. "Edgar Davids: One-on-One". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  7. ""Davids: Dutch can go all the way"". 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne